|
|
Sauna
“... bədəninizdə ağrı duyursunuzsa, damarlarınız sizi incidirsə saunya gəlin. Sauna əsl məlhəmdir...” bu qədim zamanlarad saunanın vətəni hesab olunan Finlandiyada çox geniş yayılmış bir deyim, inanc forması idi.
Sauna insanları eyni zamanda həm isti, həm də, rütubətli hava şəraiti ilə təmin edən yeganə hamam növüdür. Sauna ağır iş günündən sonra əzələlərinizdə yaranmış gərginliyi, beyninizdə toplanmış stress və yorğunluğu aradan qaldırır, sizə rahatlıq dolu xoş əhval ruhiyyə bəxş edir. Sauna qəbulu sağlamlığınız üçün heç bir təhlükə yaratmadan sizi fiziki və əqli gərginlikdən uzaqlaşdıracaq, tənəffüs, qan dövranı sisteminin işini tənzimləyəcək, bədəninizdə olan ağrıları yox edəcək. Çox mühüm işgüzar görüş, uzun sürən gərgin tədbirlərdən əvvəl sauna qəbul etmək xüsusilə məsləhət görülür. Sauna qəbulunun insan orqanizminə verdiyi rahatlıq sizə hətta çox çətin görünən məsələ ilə bağlı ən düzgün qərarı asanlıqla qəbul etməyə imkan verəcək. Sizin tələblərinizə cavab verəcək, rahatlıq və istirahətinizi ən mükəmməl şəkildə təmin edəcək saunanın yeganə ünvanı isə Bakı Əyləncə Mərkəzindədir. Bakı Əyləncə Mərkəzində yerləşən sauna 2005 ci ildən fəaliyyətdədir Sizin diqqətinizə təqdim olunacaq yüksək səviyyəli sauna xidmətlərinə başqa heç yerdə rast gəlməyəcəksiniz.Qadınlar və kişilər üçün ayrı-ayrılıqda fəaliyyət göstərən saunalar BƏM-ə xüsusi yaraşıq və görüntü verən qapalı üzmə hovuzlarının ətrafında yerləşir. Üzmə hovuzundan istifadə sauna xidmətlərinin əsasını təşkil edən isti – soyuq prosedurların növbələşməsinin daha asan və faydalı edir. Sauna xidmətlərindən yararlanmaq, sağlamlığının qayğısına qalmaq istəyən hər bir şəxsi BƏM-də fəaliyyət göstərən saunaya dəvət edirik!
|