az eng ru
 
 
 
» Ana səhifə
» Tarfilər
» Qeydiyyat
» Vakansiya
» Bizim haqqımızda
» Bizim ilə Əlaqə
 Kartın №-si
 Parol
 Parolu unutmusunuz ?    Qeydiyyat
Yeniliklər haqda məlumati birinci sən al!
» Saglamlıq klubu nədir?
» Sauna
» Fitness
» Turk hamamı
» Hovuz
» Qiymətlər
» Foto Qaleriya
 

Hovuz  
Bakı Əyləncə Mərkəzinin xidmətlərinə xüsusi çalar verən, müştərilərin istirahətinə əlahiddə rəng və zövq qatan qapalı üzgüçülük hovuzu bütün istirahət, sağlamlıq və rahatlıq xidmətləri ilə sizlərin ixtiyarındadır. Qapalı üzgüçülük hovuzu öz-özlüyündə türk hamamı və saunanı əhatə edərək kiçik bir kompleks təşkil edir. Türk hamamı və ya sauna qəbulundan sonra normal bədən hərarətinin bərpası üçün hovuz ən mükəmməl və xeyirli vasitə hesab olunur. Üzmə hovuzunun gözəlliyi və təmizliyi sizin zövqünüzü oxşamaqla yanaşı sağlamlığınızın da qayğısına qalacaqdır. Hovuzumuz əzələlərin sağlamlığına müsbət təsir edən şəlaləni, cakuzi və masaj duşunu da özündə ehtiva edir. Gözəl görünüşü ilə zövqləri oxşayan şəlalə yalnız ekzotik məqsəd daşımır, bu şəlalənin altında dayanmaqla bədəninizin hər bir əzələsi arzusunda olduğunuz masajı qəbul edəcək, daha gümrah və sağlam olacaqdır. Hovuzda fəaliyyət göstərən bar sizə hovuz hüdudlarını tərk etmədən istədiyiniz yemək və içki növünü sifariş etməyə imkan verir. Siz sualtı bar xidmətindən istifadə etməklə, hətta sudan çıxmadan belə öz sifarişlərinizi verə bilərsiniz. Mini qolf həvəskarlarını hovuzda xüsusi əyləncə gözləyir. Siz hovuz xidmətlərindən başqa qolf oynamaq şansı da əldə edəcəksiniz. Uşaqlarınızın rahatlıq və təhlükəsizliyini təmin etmək məqsədilə ilə xüsusi uşaq hovuzu fəaliyyət göstərir. Uşaqlar üçün inşa edilmiş hovuz yalnız həcminə görə deyil, eyni zamanda temperator və dizayn göstəricisinə görə də fərqlənir. Burada sizin uşaqlarınız xüsusi diqqət və qayğının əhatəsində həm istirahət, həm də əylənmək şansı əldə edəcəklər.

 

 Bizim adresimiz:

 Xətai rayonu., F.Bayramov küç., 1130/33
 Tel:
 99 (412) 490 22 22/04
 Fax:
99 (412) 490 22 04