Haqqımızda

BAKI ƏYLƏNCƏ MƏRKƏZİ

Bakı Əyləncə Mərkəzi 1998-ci ildə Ümummilli Lider Heydər Əliyevin iştirakı ilə açılmışdır. Əyləncə sektorunun liderlərindən hesab olunan Bakı Əyləncə Mərkəzi paytaxtın ən çox rəğbət görən əyləncə kompleksinə çevrilmisdir. Açıldığı gündən bəri boulinq , Fitness&SPA , shopping ve restoran sahələrində xidmət ğöstərməkdədir.

Zakafkaziyada ilk açılmış ən müasir boulinq meydançasına (12 xətli) sahibdir.Boulinq meydançasındakı X-Strike kafemizdə Azərbaycan, Türkiyə və Avropa mətbəxinin gözəl ləzzətlərindən dada bilərsiniz.

Ayrıca boş vaxtlarınızda istirahət edib dincələ biləcəyiniz SPA kompleksi fəaliyyət göstərir. Shopping bölümündə yerləşən mağazalarımız da xidmətinizdədir  Həmçinin kişi və qadın gözəllik salonlarıda xidmətinizdədir. Fitness zallarımızda (qadın və kişi ) peşəkar fitness instruktorların iştirakı ilə daima formada qala bilmək şansınız var.