|
|
Fitness
Mərkəzimizdə eyni zamanda kişi və qadınlar üçün ayrı-ayrılıqda fitnes klubu da fəaliyyət göstərir. Əzələlərini möhkəmləndirmək istəyən bəylərimizi fitnes kluba dəvət edirik. Burada onlar möhkəm əzələyə malik olmaqla yanaşı gün ərzində özlərini sağlam və gümrah hiss edəcəklər.
Arıqlamaqla yanaşı öz bədən quruluşlarını həmişə formada saxlamaq istəyən qadınlarımız da fitnes klubdan istifadə edə bilər. Velosipedlər, qaçış yolları, stepper və s. avadanlıqlarla təchiz olunmuş fitnes zalı sizə:
• ürək-damar sistemini möhkəmlətmək
• əzələləri bərkitmək
• kürəyin reabilitasiyası
• əzələ tonusunun qaldırılması
imkanını verir. Siz hər gün burada təcrübəli məşqçinin nəzarəti altında öz sağlamlıq və gümrahlığınızın qayğısına qala bilərsiniz.
|