|
|
 Siz konfrans, seminar, işgüzar tədbirlər, prezentasiyalar, banket və ya toy mərasimlərini ən son avadanlıqlarla təchiz olunmuş, bütün standartlara cavab verən Eliza zalında qeyd edə bilərsiniz. Eliza zalı Bakı Əyləncə Mərkəzinin ümumi ərazisi 19 min m2 olan 5 ulduzlu konfrans, işgüzar görüşlər, toy, əyləncə və s. üçün nəzərdə tutulmuş ikinci binasında yerləşir. Yalnız konfrans zalının ümumi həcmi 425 m2 –dir. Konfrans zalının 400 maşını qəbul edə biləcək dayanacağı var. Zalın ümumi tutumu keçirləcək tədbirin növündən asılı olaraq dəyişkəndir. Belə ki, Eliza kinoteatr 400, kokteyl-furşet 400, masal və sandalyalı şəklində 325 nəfəri yerləşdirə bilən istənilən növ tədbiri düzənləyə bilər. Eliza zalı bir sıra Avropa ölkələrinin ən son istehsalı olan işıq avadanlıqları ilə təchiz olunmuşdur. Eliza zalında böyük və nisbətən kiçik həcmə malik səhnə mövcuddur. Keçiriləcək tədbirin tutumuna və növünə müvafiq olaraq istənilən səhnə seçilə bilər. Fəaliyyətə başladığı ilk gündən etibarən Eliza çoxsaylı rəsmi və əyləncə xarakterli tədbirlərin mərkəzinə çevrilib. Eliza ilk fəaliyyətinə prezident səviyyəli tədbiri düzənləməklə start verib. Burada keçirilmiş ilk tədbir Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə həyata keçirilən uşaq evinin balaca sakinləri üçün nəzərdə tutulmuş yeni il şənliyi olub.
|